Neymar karyerasında 400-cü qolunu vurub

Neymar karyerasında 400-cü qolunu vurub Braziliya millisinin və Fransanın PSJ klubunun futbolçusu Neymar karyerasında 400-cu və 401-ci qoluna imza atıb.
Futbol
7 Noyabr , 2021 10:39
Neymar karyerasında 400-cü qolunu vurub

Braziliya millisinin və Fransanın PSJ klubunun futbolçusu Neymar karyerasında 400-cü və 401-ci qoluna imza atıb.

"Report"un məlumatına görə, 29 yaşlı hücumçu Liqa 1-in XIII turunda "Bordo"ya 3:2 hesabı ilə qalib gəldikləri qarşılaşmada dubl edib.

O, Paris təmsilçisində 90, ölkəsinin "Santos" klubunda 136, İspaniya "Barselona"sında 105 və Braziliya yığmasında 70 dəfə fərqlənib.

Neymar PSJ-nin bombardirləri siyahısında 8-ci pilləyə yüksəlib. Forvard komanda yoldaşı Anxel Di Mariyanı (89 qol) üstələyib.

Son xəbərlər

Orphus sistemi