“Neymar Jr’s Five” futbol turnirinin Azərbaycan üzrə çempionu müəyyənləşib

“Neymar Jr’s Five” futbol turnirinin Azərbaycan üzrə çempionu müəyyənləşib Komandalardan birinin heyəti qızlardan ibarət olub
Futbol
8 May , 2017 09:38
“Neymar Jr’s Five” futbol turnirinin Azərbaycan üzrə çempionu müəyyənləşib

Bakı. 8 may. REPORT.AZ/ Bakıdakı Dənizkənarı Milli Parkda "Neymar Jr’s Five" beynəlxalq futbol turnirinin Azərbaycan finalı keçirilib. "Report"un məlumatına görə, 16 komandanın iştirak etdiyi final mərhələsində bir sıra regionların təmsilçiləri də mübarizə aparıb.

Gəncə, Lənkəran, Şəki, Quba və Bakı seçim mərhələlərində iştirak edən 330 komandadan 16 kollektiv Milli Finalda çıxış etməklə yarışın qalibini müəyyənləşdirib. Onlar ulduz futbolçu Neymarın Vətəni Braziliyaya Dünya finalına yollanmaq uğrunda mübarizə aparıblar. Bakını təmsil edən “Şirinlər” komandası çempion olub. Milli Finalda “Qara Qartal”la qarşılaşan "Şirinlər" 1:0 hesablı qələbə qazanıblar.

Qeyd edək ki, müsabiqədənkənar iştirak edən 16-cı komanda - "Baku Starts"ın heyəti qızlardan ibarət olub. Zərif cinsin nümayəndələri ilk görüşdə "Qaradağ-Lökbatan"a məğlub olaraq yarışı tərk etdiblər.

Son xəbərlər

Orphus sistemi