Neymar Çempionlar Liqasının oyununda iştirak edə bilməyəcək

Neymar Çempionlar Liqasının oyununda iştirak edə bilməyəcək Fransa PSJ-sinin futbolçusu Neymar evdə Almaniya "Leyptsiq"inə qarşı UEFA Çempionlar Liqasının (ÇL) qrup oyununu buraxacaq.
Futbol
18 Oktyabr , 2021 18:39
Neymar Çempionlar Liqasının oyununda iştirak edə bilməyəcək

Fransa PSJ-sinin futbolçusu Neymar evdə Almaniya "Leyptsiq"inə qarşı UEFA Çempionlar Liqasının (ÇL) qrup oyununu buraxacaq.

"Report" Paris klubunun rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb 29 yaşlı hücumçunun Braziliya millisinin düşərgəsindən zədəli qayıtmasıdır.

Bu əzələsində ağrıları olan 29 yaşlı hücumçu avrokubok matçında iştirak edə bilməyəcək. Futbolçunun bərpa müddətinin bir neçə gün davam edəcəyi açıqlanıb.

Qeyd edək ki, oktyabrın 19-da keçiriləcək PSJ - "Leyptsiq" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi