"Neftçi" yeni transferini təqdim etdi

"Neftçi" yeni transferini təqdim etdi "Neftçi" Bolqarıstanın MOİK (Sofiya) komandasından icarəyə götürdüyü futbolçu Əhməd Əhmədovu təqdim edib
Futbol
17 Fevral , 2021 17:45
Neftçi yeni transferini təqdim etdi
Əhməd Əhmədov

"Neftçi" Bolqarıstanın MOİK (Sofiya) komandasından icarəyə götürdüyü futbolçu Əhməd Əhmədovu təqdim edib.

"Report"un məlumatına görə, paytaxt təmsilçisi bolqarıstanlı hücumçunun keçidi ilə bağlı xüsusi video paylaşıb.

26 yaşlı forvard flaqmanın heyətində 9 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, "Neftçi" milliyyətcə türk olan Əhməd Əhmədovla cari mövsümün sonunadək müqavilə imzalayıb. Futbolçu ilk dəfə legioner həyatı yaşayacaq. O, Bolqarıstanın "Çernomorets" (Burqas), "Burqas", "Pomorye" və "Dunav" (Ruse) komandalarının da formasını geyinib. Əhmədov 2020-ci ilin fevralından çıxış etdiyi MOİK-də 5 qol vurub.

Son xəbərlər

Orphus sistemi