“Neftçi”yə məğlub olan “Dinamo”nun qapıçısı komandanı tərk etdi

“Neftçi”yə məğlub olan “Dinamo”nun qapıçısı komandanı tərk etdi “Dinamo”nun (Tbilisi) qapıçısı Roin Kvasxvadze komandanı tərk edib.
Futbol
18 İyul , 2021 16:21
“Neftçi”yə məğlub olan “Dinamo”nun qapıçısı komandanı tərk etdi
Roin Kvasxvadze

Tbilisi “Dinamo”sunun qapıçısı Roin Kvasxvadze komandanı tərk edib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə yerli mətbuat yazıb.

Bildirilib ki, buna səbəb komandanın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində “Neftçi”yə uduzmasıdır.

Yayılan məlumatlara əsasən, məğlubiyyətdən sonra “Dinamo” rəhbərliyi ilə Kvasxvadze arasında söhbət olub və bundan sonra 32 yaşlı oyunçu klubdan ayrılıb.

“Dinamo” futbol klubu yayılan informasiyaları nə təsdiq, nə təkzib edib.

Qeyd edək ki, Roin Kvasxvadze “Dinamo”ya 2018-ci ildə “Torpedo” (Kutaisi) komandasından keçib.

Xatırladaq ki, təsnifat mərhələsi çərçivəsində Tbilisidə keçirilən ilk matç 2:1 hesabı ilə Azərbaycan təmsilçisinin xeyrinə başa çatıb. Bakıda baş tutan ikinci oyunda da “Neftçi” eyni hesabla “Dinamo”nu məğlub edib.

Son xəbərlər

Orphus sistemi