"Neftçi" və "Zirə" öz aralarındakı oyuna itkilərlə çıxacaq

"Neftçi" və "Zirə" öz aralarındakı oyuna itkilərlə çıxacaq "Neftçi" Azərbaycan Premyer Liqasının XVII turunun "Zirə" ilə matçına itki ilə çıxacaq
Futbol
24 Fevral , 2021 21:08
Neftçi və Zirə öz aralarındakı oyuna itkilərlə çıxacaq

"Neftçi" Azərbaycan Premyer Liqasının XVII turunun "Zirə" ilə matçına itki ilə çıxacaq.

Klubun Mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Rüstəm Allahverdiyevin "Report"a verdiyi məlumata görə, "Qarabağ"la XV tur qarşılaşmasında (2:1) birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyunluq cəzalandırılan müdafiəçi Ömər Buludovun sabahkı görüşdə iştirak etməyəcəyi dəqiqdir.

Zədəsini yenicə sağaltmış yarımmüdafiəçi Samir Buqrinin isə meydana çıxıb-çıxmayacağı sual altındadır.

"Zirə"də isə cəzalı Dmitrios Çantakias, zədəlilər Filipe Paxtman və Ruslan Qurbanov oynamayacaq. Tural Bayramlının da bu matçda iştirak edib-etməyəcəyi bəlli deyil.

Qeyd edək ki, Zirə İdman Kompleksinin stadionunda gerçəkləşəcək qarşılaşma saat 16:00-da start götürəcək.

Son xəbərlər

Orphus sistemi