"Neftçi" Valeri Hacıyevin xatirə turnirinin qalibi olub

"Neftçi" Valeri Hacıyevin xatirə turnirinin qalibi olub Bakı. 31 yanvar. REPORT.AZ/ Neftçinin 11 yaşadək futbolçulardan ibarət komandası Azərbaycanın əməkdar məşqçisi, SSRİ-nin idman ustası Valeri Hacıyevin xatirəsinə həsr olunan turnirin qalibi olub.
Futbol
31 Yanvar , 2019 18:37
Neftçi Valeri Hacıyevin xatirə turnirinin qalibi olub

Bakı. 31 yanvar. REPORT.AZ/ "Neftçi"nin 11 yaşadək futbolçulardan ibarət komandası Azərbaycanın əməkdar məşqçisi, SSRİ-nin idman ustası Valeri Hacıyevin xatirəsinə həsr olunan turnirin qalibi olub.

"Report" xəbər verir ki, "ağ-qaralar” 2008-ci il təvəllüdlü futbolçular arasında keçirilən yarışın finalında "Qarabağ"la üz-üzə gəlib. Qarşılaşma "Neftçi"nin 7:3 hesablı qələbəsi ilə yekunlaşıb. Komandanın heyətində Vüsal Kərimov 4 qola imza atıb. Flaqmanın digər qollarını Lorenzo Mezzotero, Əbdüləziz Cabbarlı Rüstəm Hüseynli vurub.

Qeyd edək ki, Valeri Hacıyev "Neftçi"nin 1966-cı il SSRİ çempionatında bürünc medal qazanan heyətində yer alıb.  O, baş məşqçi kimi Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığmasında da çalışıb. 

Son xəbərlər

Orphus sistemi