"Neftçi" "Uypeşt"lə oyun üçün Macarıstana yola düşüb
Futbol
- 18 iyul, 2018
- 11:01
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 18 iyul. REPORT.AZ/ Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşündə "Uypeşt"in qonağı olacaq "Neftçi" komandası Macarıstanın paytaxtı Budapeştə yollanıb.
"Report"un məlumatına görə, çarter reysi ilə uçan təyyarə saat 15:00-da Heydər Əliyev Beynəlxalq Hava Limanından yola düşüb. Səfərə gedənlər arasında ilk görüşdə zədələnərək 1 ay müddətinə sıradan çıxan Namik Ələskərov da var. O, komandaya dəstək məqsədilə Budapeştə gedib.
Eyni zamanda AFFA Məşqçilər Komitəsinin üzvü Şakir Qəribov da uçuş iştirakçıları arasındadır.
Qeyd edək ki, iyulun 19-da keçiriləcək "Uypeşt” – "Neftçi” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. İlk görüşdə bakılılar 3:1 hesabı ilə qalib gəlib.
Son xəbərlər
19:39
DGK qeyri-iş günlərində malların rəsmiləşdirilməsini təmin edəcək
Biznes
19:33
Zelenski və Koşta Ukraynanın Avropaya inteqrasiyasının sürətləndirilməsini müzakirə ediblər
Digər ölkələr
19:28
Fransanın kommunist deputatları Melanşonun prezidentliyə namizədliyini dəstəkləyiblər
Digər ölkələr
19:25
Sabah Ağdaşın bəzi ərazilərində qaz olmayacaq
Energetika
19:23
"DH Volley" komandası CEV Çelenc Kubokunda 1/16 final mərhələsinə yüksəlib
Komanda
19:15
Almaniya Ukraynanın bərpasına daha 100 milyon avro ayırmaq niyyətindədir
Digər ölkələr
19:08
İsrail və Almaniya 2027-ci il üçün enerji sahəsində əməkdaşlıq proqramı imzalayıb
Energetika
18:59
Foto
Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
Fərdi
18:52
Foto
Müşfiqabadda Ekologiya və Təbii Sərvətlər və Gənclər və İdman nazirlikləri ağacəkmə aksiyası keçirib
Ekologiya