"Neftçi" "Uypeşt"lə görüşdə ciddi zədə ilə üzləşib

"Neftçi" "Uypeşt"lə görüşdə ciddi zədə ilə üzləşib Budapeşt. 19 iyul. REPORT.AZ/ Neftçi komandası Macarıstanın paytaxtı Budapeştdə Uypeştlə keçirdiyi Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyununda ciddi itki ilə üzləşib.
Futbol
19 iyul 2018 19:57
Neftçi Uypeştlə görüşdə ciddi zədə ilə üzləşib

Budapeşt. 19 iyul. REPORT.AZ/ "Neftçi" komandası Macarıstanın paytaxtı Budapeştdə "Uypeşt"lə keçirdiyi Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyununda ciddi itki ilə üzləşib.

"Report"un Budapeştə ezam olunmuş əməkdaşı xəbər verir ki, 40-cı dəqiqədə ikili mübarizə zamanı kapitan Ruslan Abışov sifətindən zərbə alıb. Nəticədə yerə yıxılan Abışov meydanı xərəkdə tərk etməli olub. Onun yerinə meydana Tural Axundov daxil olub.

Qeyd edək ki, ilk yarıdan sonra meydan sahibləri öndədir - 2:0. 

Orphus sistemi