"Neftçi" ukraynalı futbolçunu transfer etmək istəyir
Futbol
- 12 yanvar, 2024
- 07:13
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Ukraynanın “Şaxtyor” klubunun futbolçusu Aleksey Kaşuk karyerasını yenidən Azərbaycanda davam etdirə bilər.
"Report" "Dalmatinskiportal"a istinadən xəbər verir ki, "Neftçi" 23 yaşlı yarımmüdafiəçiyə sərfəli təklif göndərib.
Xorvatiya nəşri "Hayduk"un da Kaşuku transfer etmək istədiyini bildirib. Oyunçunun az forma şansı əldə etdiyi üçün Donetsk təmsilçisindən ayrıla biləcəyi vurğulanıb.
"Qarabağ"ın da daha əvvəl futbolçu ilə maraqlandığı diqqətə çatdırılsa da, Split klubunun bu keçiddə əsas rəqibinin məhz "Neftçi" olduğu yazılıb.
Qeyd edək ki, Aleksey Kaşuk 2022/2023 mövsümündə "Sabah"da çıxış edib. O, Azərbaycan Premyer Liqasında keçirdiyi 31 oyunda 16 qol vurub.
Son xəbərlər
02:54
Hindistanda süni intellekt agentləri bir neçə şirkətin sistemlərinə haker hücumu ediblər
İKT
02:38
NYT: Ağ Evin mətbuat katibi beş günlük işdən sonra vəzifəsindən çıxarılıb
Digər ölkələr
02:18
AK 2027-ci ildə Ukrayna üçün əlavə maliyyələşdirmə təklifləri hazırlayacaq
Digər ölkələr
01:50
Türkiyədə qanunsuz mərc oyunlarına qarşı əməliyyat zamanı 20 nəfər həbs olunub
Region
01:28
Foto
"Azərişıq" ASC-nin ümumrespublika yarışının qalibi müəyyənləşib
Energetika
00:56
Foto
Video
"Qərbi Azərbaycanın yaddaş yerləri": Soydaşlarımızın yaşadığı "Amasiya" necə erməniləşdirildi?
Daxili siyasət
00:46
Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib
Region
00:09
Foto
Video
Samuxda yol qəzası zamanı avtomobil iki hissəyə bölünüb, xəsarət alan var
Hadisə
00:01
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
Daxili siyasət