"Neftçi" üçün liderə yaxınlaşmaq şansı, "Sabah" autsayderə qarşı

"Neftçi" üçün liderə yaxınlaşmaq şansı, "Sabah" autsayderə qarşı Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII tura yekun vurulacaq.
Futbol
17 Aprel , 2021 07:30
Neftçi üçün liderə yaxınlaşmaq şansı, Sabah autsayderə qarşı

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII tura yekun vurulacaq.

"Report"un məlumatına görə, turun son 2 oyunu paytaxtda keçiriləcək.

Günün ilk görüşündə "Keşlə" və "Sabah" komandaları "ASK Arena"da üz-üzə gələcəklər. Hazırda qonaqlar 20 xalla 7-ci, 1 xal az toplayan meydan sahibləri isə sonuncudur. Bunadək çempionatdakı 9 matçın 4-də "Keşlə", birində "Sabah" qələbəyə sevinib. 4 qarşılaşma isə heç-heçə başa çatıb. Topların fərqində də Sənan Qurbanovun baş məşqçi olduğu komandanın üstünlüyü var - 12:6. “Sabah” 8 oyundur qələbə qazana bilmir. Son 4 matçda cəmi 2 top vurulub.

Turun son oyununda 43 xalla 2-ci sırada yer alan "Neftçi" 32 xalla dördüncü pillədə qərarlaşan "Zirə"ni sınağa çəkəcək. "Ağ-qaralar" qalib gələcəyi təqdirdə, lider "Qarabağ"la xal fərqini minimuma endirə bilər. İndiyədək baş tutan 21 Premyer Liqa oyununun 11-də qonaqlar, 4-də isə meydan sahibləri qələbə qazanıb. Topların fərqi də "qartallar"ın xeyrinədir - 23:18. "Neftçi" kubok matçları da daxil, 5 oyundur "Zirə"nin qapısına yol tapa bilmir. Rəşad Sadıqovun baş məşqçi kollektiv isə son 5 matçda cəmi bir 1 qol vurub. Bundan başqa, qəsəbə təmsilçisi son 5 səfər oyununda qalib gələ bilməyib.

17 aprel (şənbə)

18:00. “Keşlə” – “Sabah”
Hakimlər:
Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rəhim Həsənov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
“ASK Arena”.

20:15. “Neftçi” – “Zirə”
Hakimlər:
Rauf Cabarov, Müslüm Əliyev, Vüqar Bayramov, Səbuhi Bayramov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: İlham Əliyev
“Bakcell Arena”

Qeyd edək ki, ilk oyun günündə "Qarabağ" səfərdə "Səbail"lə 1:1 hesablı heç-heçə edib, "Sumqayıt" isə evdə "Qəbələ"yə 2 cavabsız qolla qalib gəlib.

Son xəbərlər

Orphus sistemi