"Neftçi" təsdiqlədi: "Fransalı futbolçu ilə maraqlanırıq"

"Neftçi" təsdiqlədi: "Fransalı futbolçu ilə maraqlanırıq" "Neftçi"nin Media, marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Rüstəm Allahverdiyev Fransanın "Havr" komandasının yarımmüdafiəçisi Roman Baskla anlaşmalarına dair çıxan xəbərlərə aydınlıq gətirib.
Futbol
13 İyul , 2021 10:15
Neftçi təsdiqlədi: Fransalı futbolçu ilə maraqlanırıq
Roman Bask

"Neftçi"nin Media, marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Rüstəm Allahverdiyev Fransanın "Havr" komandasının yarımmüdafiəçisi Roman Baskla anlaşmalarına dair çıxan xəbərlərə aydınlıq gətirib.

Paytaxt klubunun rəsmisi "Report"a açıqlamasında fransalı yarımmüdafiəçinin maraq dairələrində olduğunu təsdiqləyib. Lakin o, hələlik futbolçu ilə rəsmi müqavilə imzalanmadığını bildirib.

Qeyd edək ki, Fransanın nüfuzlu "L Equipe" nəşri "Neftçi"nin 26 yaşlı oyunçu ilə ortaq məxrəcə gəldiyini və 2 illik müqavilə imzalayacağını yazıb.

Son xəbərlər

Orphus sistemi