"Neftçi” son 4 ildə Azərbaycan Premyer Liqasında ən uğurlu başlanğıc edib

"Neftçi” son 4 ildə Azərbaycan Premyer Liqasında ən uğurlu başlanğıc edib Bakı. 27 avqust. REPORT.AZ/ Azərbaycan Premyer Liqasının ilk 3 turunda hesabına 7 xal yazdıran Neftçi” son 4 ildə çempionata ən uğurlu başlanğıc edib.
Futbol
27 Avqust , 2018 12:01
Neftçi” son 4 ildə Azərbaycan Premyer Liqasında ən uğurlu başlanğıc edib
0 : 00
0 : 00

Bakı. 27 avqust. REPORT.AZ/ Azərbaycan Premyer Liqasının ilk 3 turunda hesabına 7 xal yazdıran "Neftçi” son 4 ildə çempionata ən uğurlu başlanğıc edib.

“Report”un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, "ağ-qaralar" sonuncu dəfə 2014/2015 mövsümünə 9 xalla başlayıb. Sonrakı iki mövsümdə paytaxt komandası müvafiq olaraq, 4 xal və 3 xal toplayıb. 2017/2018 mövsümünün ilk 3 matçında isə flaqman ümumiyyətlə xal qazanmayıb.

Qeyd edək ki, bu mövsüm "Sumqayıt” (2:0), "Qələbə” (2:1) və "Qarabağ” (1:1) komandaları ilə qarşılaşan "Neftçi” hazırda turnir cədvəlinin ilk pilləsində qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi