"Neftçi" serbiyalı futbolçu ilə müqaviləni yenilədi

"Neftçi" serbiyalı futbolçu ilə müqaviləni yenilədi “Neftçi” PFK müdafiəçi Voislav Stankoviçlə müqavilənin müddətini artırıb. 33 yaşlı serbiyalı futbolçu ilə 1+1 şərtli anlaşma imzalanıb.
Futbol
16 İyun , 2021 19:53
Neftçi serbiyalı futbolçu ilə müqaviləni yenilədi

“Neftçi” klubu müdafiəçisi Voislav Stankoviçlə müqavilənin müddətini artırıb.

"Report" paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 33 yaşlı serbiyalı futbolçu ilə 1+1 şərtli sözləşmə imzalanıb.

Stankoviç “Neftçi”də keçirdiyi iki mövsüm ərzində 53 oyunda meydana çıxıb, 3 qol vurub.

Xatırladaq ki, “ağ-qaralar” bundan əvvəl Ömər Buludov, Fəhmin Murabəyli, Mamadu Mbodc və Mirabdulla Abbasovla yeni müqavilə bağlayıb.

Son xəbərlər

Orphus sistemi