"Neftçi" "Sabah"ı məğlub edib
Futbol
- 27 fevral, 2022
- 14:59
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Futbol üzrə Azərbaycan Premyer Liqasında XVII tura start verilib.
"Report" xəbər verir ki, günün ilk matçında "Sabah" "Neftçi"ni qəbul edib.
"Bank Respublika Arena"dakı qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Neftçi"nin yeganə qolunu 50-ci dəqiqədə Sezar Meza Kolli vurub.
"Ağ-qaralar" qələbə sayəsində xallarının sayını 28-ə çatdırıb. Son ölkə çempionu "Zirə" ilə birlikdə 3-4-cü yerləri bölüşdürür. "Sabah" isə 20 xalla 5-cidir.
Qeyd edək ki, günün digər görüşündə "Sumqayıt" "Qəbələ"ni qəbul edəcək. Tura fevralın 28-də keçiriləcək "Səbail" - "Zirə" və "Keşlə" - "Qarabağ" matçları ilə yekun vurulacaq.
"Neftçi" "Sabah"ı məğlub edib
Son xəbərlər
16:14
Süleyman İsmayılzadə və Məryəm Cavadova Dakar-2026-da Azərbaycanın bayraqdarları olacaq
Fərdi
16:13
Sənan Vəlizadə: "Kiberhücumlara qarşı sektorlararası məlumat mübadiləsi vacibdir"
İKT
16:12
Abid Ələsgərzadə: "Kibertəhlükəsizlik insidentləri barədə AMB-yə məlumatın vaxtında verilməməsi pozuntu sayılır"
İKT
16:11
Nasir Al-Darmaki: Muzeylər müxtəlif mədəniyyətlərin nümayəndələrinə təcrübə bölüşmək imkanı verməlidir
Xarici siyasət
16:10
Foto
Azərbaycan və BƏƏ Müdafiə nazirlikləri arasında əməkdaşlığa dair "Yol Xəritəsi" imzalanıb
Hərbi
16:07
Azərbaycan mediasının inkişaf strategiyası və yeni prioritetləri müzakirə olunub
Media
16:05
Foto
Report Media Məktəbinin 22-ci qrupu təlim proqramına qoşulub
Media
16:05
AKTA: Məsafədən kredit vermək məlumatların qorunmasında yeni suallar yaradır
Maliyyə
16:00
Əminə Məlikova: Azərbaycan Xalça Muzeyi ziyarətçilərlə ənənəvi incəsənət vasitəsilə dialoq qurur
İncəsənət