​"Neftçi" rəhbərliyi ilə azarkeşlər arasında 5 saatadək davam edən görüş keçirilib

​"Neftçi" rəhbərliyi ilə azarkeşlər arasında 5 saatadək davam edən görüş keçirilib Çingiz Abdullayev: "Biz də bəzi şeyləri bilirik"
Futbol
6 Oktyabr , 2015 10:58
​Neftçi rəhbərliyi ilə azarkeşlər arasında 5 saatadək davam edən görüş keçirilib

Bakı. 6 oktyabr. REPORT.AZ/ "Neftçi" klubunun icraçı direktoru Elnur Məmmədov ötən gün azarkeşlərlə görüşüb. Bu barədə "Report"a klubun Müşahidə Şurasının sədri Çingiz Abdullayev açıqlama verib.

O, bildirib ki, görüş təxminən 5 saatadək davam edib. Ç.Abdullayev bu açıqlamanı görüş davam etdiyi vaxt verdiyindən, nəticədən hələ xəbərsiz olduğunu söyləyib. Müşahidə Şurasının sədri azarkeşlər arasında kənardan öyrədilmiş şəxslərin olduğuna inanmadığını da əlavə etdi: "Azarkeşlərin narazılıqları təbiidir. Biz də bəzi şeyləri bilirik. Hazırda bu məsələnin həlli üzərində düşünürük. İnanmıram ki, onların arasında öyrədilmiş şəxslər olsun".

Müşahidə Şurasının sədri azarkeşləri anlayışlı olmağa çağırıb: "Tərəfdarlarımız başa düşməlidirlər ki, biz bu komandanı qururuq. Tam yeni kollektiv yaradırıq. Demişik ki, yavaş-yavaş yuxarı səviyyəyə qaldıracağıq. "Neftçi" həmişə birinci yerdə olmalıdır. İnanıram ki, belə də olacaq". 

Qeyd edək ki, "Neftçi" Azərbaycan Premyer Liqasının VII turunda "Zirə"yə 0:2 hesabı ilə uduzub. Flaqman hazırda 9 xalla 5-ci pillədədir.

Son xəbərlər

Orphus sistemi