"Neftçi" - "Qarabağ" oyununa əlavə təyinatın səbəbi açıqlandı

"Neftçi" - "Qarabağ" oyununa əlavə təyinatın səbəbi açıqlandı Bu barədə "Report"a Frits Ştuxlik açıqlamasında məlumat verib
Futbol
19 May , 2021 11:41
Neftçi - Qarabağ oyununa əlavə təyinatın səbəbi açıqlandı
 Frits Ştuxlik

Azərbaycan Premyer Liqasının sonuncu - XXVIII turunda bu gün keçiriləcək "Neftçi" - "Qarabağ" matçına ehtiyat laynsmanın təyinat almasının səbəbi açıqlanıb.

Bu barədə "Report"a AFFA Hakimlər Komitəsinin sədri Frits Ştuxlik açıqlamasında məlumat verib.

Avstriyalı funksionerin sözlərinə görə, ehtiyat hakim kimi təyinat alan Müslüm Əliyev 4-cü referinin yanında yer alacaq və heç bir əlavə səlahiyyəti olmayacaq: "Yalnız iki köməkçi hakimdən birinin oyun zamanı zədələnməsi və əvəzlənməyə ehtiyac olması halında Əliyev meydana çıxacaq, köməkçi hakim kimi oyuna davam edəcək".

Ştuxlik görüşün 4-cü hakim Kamal Umudlunun yan xətt hakimi kimi praktikasının olmadığını söyləyib. O bildirib ki, baş hakim Elçin Məsiyevi zədə alacağı təqdirdə, yalnız Umudlu əvəz edə biləcək.

AFFA rəsmisi UEFA-nın da Çempionlar Liqası və Avropa Liqası turnirlərin, eyni zamanda AVRO-2020 final oyunlarında da risk etmək istəmədiyini vurğulayıb. Ştuxlik bu ideyaya uyğun addım atdıqlarını diqqətə çatdırıb.

Qeyd edək ki, "Dalğa Arena"da keçiriləcək "Neftçi" - "Qarabağ" oyunu saat 20:30-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi