"Neftçi" - "Qalatasaray" matçında tribunalar belə olacaq

"Neftçi" - "Qalatasaray" matçında tribunalar belə olacaq "Neftçi"nin Avropa Liqasının II təsnifat mərhələsində Türkiyə "Qalatasaray"ını qəbul edəcəyi Bakı Olimpiya Stadionunda oyuna hazırlıqlar davam edir.
Futbol
2212
15 Sentyabr , 2020 17:44
Neftçi - Qalatasaray matçında tribunalar belə olacaq

"Neftçi"nin Avropa Liqasının II təsnifat mərhələsində Türkiyə "Qalatasaray"ını qəbul edəcəyi Bakı Olimpiya Stadionunda oyuna hazırlıqlar davam edir. 

"Report"un məlumatına görə, tribunaya hər iki ölkənin və klubların bayraqları yerləşdirilib.

Tribunada Azərbaycanın ümummilli lideri Heydər Əliyevlə Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün, həmçinin hər iki ölkənin hazırkı prezidentləri - İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın sitatlarının yazıldığı pankartlar yer alıb. 

Qeyd edək ki, sentyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Neftçi" - "Qalatasaray" oyunu saat 20:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi