"Neftçi"nin zədəli futbolçusunun durumuna aydınlıq gəlib
Futbol
- 10 dekabr, 2022
- 13:00
Azərbaycan Kubokunun 1/4 final mərhələsində "Zirə"yə qarşı ilk oyunda zədələnmiş "Neftçi"nin futbolçusu Eddi İsrafilovun durumuna aydınlıq gəlib.
"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi tibbi müayinədən keçib.
"Ağ-qaralar"ın baş həkimi Şaiq Zöhrablı İsrafilovun diz oynağının bağ və sümük aparatında sınıq və ya gərilmə müşahidə olunmadığını bildirib: "Sadəcə, ciddi toqquşma nəticəsində əzilmə və həmin hissədə yüngül ödem olduğuna görə futbolçu ağrı hiss edir. O, gələn həftədən fərdi məşqlərə başlayacaq, sonradan komandaya qoşulacaq. Futbolçunun səhhətində ciddi problem yoxdur".
Qeyd edək ki, qarşılaşma "Neftçi"nin məğlubiyyəti ilə bitib - 0:1. Cavab matçı dekabrın 20-də baş tutacaq.
Son xəbərlər
12:12
Sabah 24 dərəcə isti olacaq - PROQNOZ
Ekologiya12:11
Türkiyədə LGBT təbliğatı ilə bağlı cəzalar sərtləşdirilir
Region12:10
"Sərhədçi"nin basketbolçusu: "Üzərində işləməli olduğumuz nüanslar kifayət qədərdir"
Komanda12:09
Azad edilən ərazilərə qayıdan sakinlərin sosial adaptasiyası üçün təkliflər hazırlana bilər
Daxili siyasət12:05
Video
Bakının mərkəzində yaşayış binası yanır, vətəndaşlar təxliyə olunur - YENİLƏNİB
Hadisə12:04
"PAŞA Bank"ın Türkiyədəki törəməsi maliyyə vəziyyətini açıqlayıb
Maliyyə12:03
Ramazan ayının başlaması ilə bağlı fətva verilib
Din12:00
Rusiyanın hücumu Odessanın enerji sisteminə ciddi ziyan vurub
Digər ölkələr11:57