“Neftçi”nin zədəli futbolçularının son durumu açıqlanıb
Futbol
- 30 yanvar, 2024
- 10:38
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
“Neftçi”nin zədəli futbolçularının son durumu açıqlanıb.
Klubun mətbuat xidmətindən “Report”a verilən məlumata görə, hazırda 3 futbolçu kollektivdən ayrı düşüb.
Azərbaycan Premyer Liqasının XX turunda “Qəbələ” ilə keçirilən matçdan (3:1) əvvəl məşq zamanı zədələnən qapıçı İvan Brkiç müalicə prosesini davam etdirir. Bir müddətdir zədədən əziyyət çəkən vinger Kilan Lebon fərdi hazırlaşır. Asiya Kubokunda çıxışını başa vuran Fələstin yığmasının heyətində yer alan yarımmüdafiəçi Ataa Caber isə orada bir müddət müalicə keçdikdən sonra Bakıya qayıdacaq.
Qeyd edək ki, “Neftçi” Azərbaycan Kubokunun 1/4 final mərhələsində ilk oyununu yanvarın 31-də səfərdə “Sumqayıt”a qarşı keçirəcək.
Son xəbərlər
16:21
Britaniya səfiri: Azərbaycanla tərəfdaşlığın qarşıdakı illərdə daha da möhkəmlənməsini arzulayıram
Xarici siyasət
16:19
Belçika Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycanı təbrik edib
Xarici siyasət
16:09
Foto
Azərbaycan karateçiləri dünya çempionatını 5 medalla başa vurublar
Fərdi
15:56
"Fars": Hörmüz boğazına görə ABŞ banklarının səhmləri ucuzlaşıb
Region
15:45
Ərdoğan: Qardaşım İlham Əliyevə kədər və sevincdə hər zaman bir olduğumuzu çatdırıram
Xarici siyasət
15:37
Foto
"Şahinlərin Görüşü - 2026" təliminin iştirakçıları Hərbi Qənimətlər Parkında olublar
Hərbi
15:31
Ukrayna səfiri Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib
Xarici siyasət
15:20
Fransada etiraz aksiyaları zamanı 1800-dən çox şəxs saxlanılıb - yenilənib
Digər ölkələr
15:17
Florian Virts "Barselona"ya keçmək istəyir
Futbol