"Neftçi"nin yeni transferinə ödəyəcəyi məbləğ bəlli oldu
Futbol
- 16 oktyabr, 2020
- 05:41
"Neftçi"nin yeni transferi Bruno Teluşinin paytaxt klubunda qazanacağı məvacib məlum olub.
"Report" "Panoramasport" nəşrinə istinadən xəbər verir ki, flaqman albaniyalı dayaq yarımmüdafiəçisinə bir mövsüm üçün 100 000 avro ödəyəcək.
29 yaşlı oyunçu ilə mövsümün sonunadək sözləşmə bağlanıb. O, yeni komandasında 17 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Bruno Teluşi İtaliyanın "Virtus Entella” (2007-2011), Albaniyanın "Flamurtari” (2011-2017), "Partizani” (2018-2020), "Kukesi” (2020) və Xorvatiyanın "Slaven Belupo” (2017) klublarında çıxış edib, Albaniya kubokunun (2014), çempionatının (2019) və Super Kubokunun (2020) qalibi olub. Teluşi Albaniyanın U-17 (2006-2007) və U-21 (2011-2012) milli komandasının da şərəfini qoruyub.
Son xəbərlər
12:08
Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin Avropa çempionatı üçün yekun heyəti açıqlanıb
Komanda12:06
"Sabah" "Qarabağ"dan ayrılan Amin Ramazanovu heyətinə qatdığını açıqlayıb
Futbol12:06
Rusiyanın endirdiyi zərbələr nəticəsində Donetsk vilayətində 12 nəfər yaralanıb
Region12:04
Rusiyanın Belqorod vilayətində Ukraynanın zərbələri nəticəsində 3 nəfər ölüb, 11 nəfər yaralanıb
Region12:03
CNN: Tramp "F-35"lərin Türkiyəyə satışına qoyulan qadağanı ləğv etməyə hazırdır
Digər ölkələr12:02
Mərdəkanda dənizdə batdığı ehtimal edilən 16 yaşlı oğlanın axtarışına başlanılıb
Hadisə12:01
Azərbaycanda innovasiya sektorunun illik gəlirləri və ixrac həcmi 10 dəfə artırıla bilər
İKT12:00
DÇ-2026: 1/8 final mərhələsinə yekun vurulur
Futbol11:51