"Neftçi"nin yeni transferi: "Burada titullar qazanmaq istəyirəm"

"Neftçi"nin yeni transferi: "Burada titullar qazanmaq istəyirəm" "Bu böyük klubda oynamaq fürsətim olduğu üçün xoşbəxtəm. Çox sevincli və həvəsliyəm. Komandaya faydalı olmaq üçün əlimdən gələni edəcəyəm".
Futbol
27 İyul , 2020 17:16
Neftçinin yeni transferi: Burada titullar qazanmaq istəyirəm

"Bu böyük klubda oynamaq fürsətim olduğu üçün xoşbəxtəm. Çox sevincli və həvəsliyəm. Komandaya faydalı olmaq üçün əlimdən gələni edəcəyəm".

"Report"un məlumatına görə, bu fikirləri "Neftçi"nin yeni transferi Tallison Diaz klubun telekanalına müsahibəsində deyib.

Braziliyalı sol cinah oyunçusu bildirib ki, bu komandada ancaq yaxşı şeylər gözləyir: "Komanda yoldaşlarımla böyük işlər görə bilərik. Hamımız çalışmalıyıq ki, qarşıdan gələn çempionat və Avropa Liqası oyunlarında daha da irəli getmək üçün əlimizdən gələni edək".

Tallisonun sözlərinə görə, əsas məqsədi "Neftçi"nin formasını geyinməklə bacarıqlarını göstərə bilmək, komanda yoldaşları ilə birlikdə ona inanan insanların etimadını doğrultmaqdır: "Titullar qazanmaq istəyirəm. Bu, mənim üçün çox önəmlidir. Məqsədim adımı komandanın tarixinə yazaraq bu böyük klubda mövqeyimi daha da bərkitməkdir".

Qeyd edək ki, "Neftçi" 29 yaşlı futbolçu ilə 2 illik müqavilə bağlayıb. Sonuncu klubu "Quarani” (2019-2020) olan Tallison Diaz Braziliyanın ASA (2012-2014), "Flamenqo” (2015-2016), "Fortaleza” (2015), "Ferroviaria” (2016), "Seara” (2016-2017), "Red Bull Brasil” (2017), "Vitoria” (2017-2018) və "Novorizontino” (2018), həmçinin Belçikanın "Sent-Trüden” (2018-2019) klublarında oynayıb. 

Son xəbərlər

Orphus sistemi