"Neftçi"nin ulduz futbolçusu niyə 2 saat taxır?

"Neftçi"nin ulduz futbolçusu niyə 2 saat taxır? "Onlardan biri Yaponiya, digəri isə olduğum ölkənin vaxtını göstərir"
Futbol
133
5 May , 2021 15:33
Neftçinin ulduz futbolçusu niyə 2 saat taxır?

"Mən ilk növbədə insan, sonra futbolçuyam. Xüsusi şəxs deyiləm".

"Report"un məlumatına görə, bu fikirləri "Neftçi"nin futbolçusu Keysuke Honda "Neftçi TV"də yayımlanan "Həmsöhbət" verilişində şəxsi keyfiyyətləri barədə danışarkən deyib.

Yaponiyalı yarımmüdafiəçi bildirib ki, əvvəlcə yaxşı insan və ata kimi tanınmaq istəyir: "Bundan sonra futbolçu kimi tanısınlar. Hazırda mən biznesmen deyil, yaxşı insan olmaq istəyirəm".

35 yaşlı oyunçu hər qoluna bir saat taxmasının səbəbini də açıqlayıb: "Saatlardan biri Yaponiya, digəri isə olduğum ölkənin vaxtını göstərir. Bu, mənim üslubumdur. Dəbi sevirəm. Saatlar çox xoşuma gəlir".

Qeyd edək ki, Keysuke Honda "Neftçi" ilə cari mövsümün sonunadək müqavilə imzalayıb.

Son xəbərlər

Orphus sistemi