Keysuke Honda: "Şəxsi bərbərim var, hər ay olduğum yerə gəlir"

Keysuke Honda: "Şəxsi bərbərim var, hər ay olduğum yerə gəlir" "Mənim şəxsi bərbərim var. Hər ay olduğum yerə gəlir. Çıxış etdiyim dünya çempionatlarına və Rusiyaya da gedib".
Futbol
24 Sentyabr , 2021 18:10
Keysuke Honda: Şəxsi bərbərim var, hər ay olduğum yerə gəlir
Keysuke Honda

"Mənim şəxsi bərbərim var. Hər ay olduğum yerə gəlir. Çıxış etdiyim dünya çempionatlarına və Rusiyaya da gedib".

"Report"un məlumatına görə, bu fikirləri Litvanın "Suduva" klubuna keçən "Neftçi"nin sabiq futbolçusu Keysuke Honda mətbuat konfransı zamanı deyib.

35 yaşlı yaponiyalı yarımmüdafiəçi saçın onun üçün vacib olduğunu bildirib. Honda bunun imicinin bir hissəsi olduğunu sözlərinə əlavə edib.

Təcrübəli oyunçu "Neftçi"dən ayrılmasının səbəbini də açıqlayıb: "Klub rəhbərliyi mənə mövsümün sonunda yeni müqavilə təklif etmişdi. Amma mən həmişə yeni çağırışlar axtarıram. Burada çempion olduğum üçün xoşbəxt idim. Lakin yeni çağırış istəyirəm. Bu səbəbdən, buradayam. Rusiya, Niderland, Meksika və müxtəlif yerlərdən təkliflər almışdım".

Qeyd edək ki, Keysuke Honda 2020/2021 mövsümündə "Neftçi"nin heyətində meydana çıxdığı 7 oyunda 2 qol vurub.

Son xəbərlər

Orphus sistemi