"Neftçi"nin sabiq futbolçusu: "Klub prezidenti mənə 100 minlik avtomobil bağışladı"

"Neftçi"nin sabiq futbolçusu: "Klub prezidenti mənə 100 minlik avtomobil bağışladı" "Neftçi"nin sabiq futbolçusu Marian Aluita Ukraynanın "Şaxtyor" (Donetsk) klubunda çıxış edərkən aldığı bahalı hədiyyədən danışıb.
Futbol
17 İyul , 2020 13:25
Neftçinin sabiq futbolçusu: Klub prezidenti mənə 100 minlik avtomobil bağışladı
Marian Aliuta

"Neftçi"nin sabiq futbolçusu Marian Aliuta Ukraynanın "Şaxtyor" (Donetsk) klubunda çıxış edərkən aldığı bahalı hədiyyədən danışıb.

"Report"un məlumatına görə, rumıniyalı veteran yarımmüdafiəçi ölkəsinin mətbuatına açıqlamasında 2000 - 2002-ci illərdə çıxış etdiyi Donetsk təmsilçisinin o vaxtkı prezidenti Rinat Axmetovun ona 100 000 avro dəyərində avtomobil bağışladığını bildirib.

Aliutanın sözlərinə görə, həmin hadisə məşqdən sonra baş verib: "Axmetov mənə yaxınlaşıb komandadakı vəziyyətimdən razı olub-olmadığımı soruşdu. Əlbəttə, oradakı bonusların Rumıniyadakı illik əməkhaqqım qədər olduğunu nəzərə alanda məmnun idim. Ona dedim ki, BMW M5 markalı avtomobil görmüşəm, çox xoşuma gəlir. Həmin vaxt heç bir maşının 100 000 avro qiyməti yox idi. Axmetov dərhal həmin avtomobili gətirmək üçün kimisə göndərdi. Məşq bitəndə artıq maşın məndə idi. "Şaxtyor"da hər şey mümkün idi. Ödənişlər yalnız nəğd şəkildə edilirdi. Mən isə hamısını banka qoyurdum".

Qeyd edək ki, Marian Aliutanın son klubu 2008 - 2010-cu illərdə formasını geyindiyi "Neftçi" olub.

Son xəbərlər

Orphus sistemi