“Neftçi”də çıxış etmiş Nikolas Kanales futbolçu karyerasında siqaret çəkdiyini və dopinqdən yararlandığını etiraf edib.
"Report"un məlumatına görə, 36 yaşlı keçmiş hücumçu Çilidə televiziya verilişində bu fikirləri səsləndirib.
O, tamaşaçının sualına açıq şəkildə cavab verib. Kanales efirdə "Dostum, futbol oynayanda da siqaret çəkirdim və mənə dopinq veriblər" söyləyib.
Qeyd edək ki, Nikolas Kanales 2012/2012 və və 2014/2015 mövsümündə "Neftçi"nin formasını geyinib. Forvard ilk mövsümündə Azərbaycan çempionu və Premyer Liqanın bombardiri olub.