"Neftçi"nin sabiq baş məşqçisi Moldova yığmasında

"Neftçi"nin sabiq baş məşqçisi Moldova yığmasında 55 yaşlı italiyalı mütəxəssis Moldava yığmasına rəhbərlik edəcək
Futbol
12 Fevral , 2021 15:19
Neftçinin sabiq baş məşqçisi Moldova yığmasında

"Neftçi"nin sabiq baş məşqçisi Roberto Bordinin yeni iş yeri açıqlanıb.

"Report" xəbər verir ki, 56 yaşlı mütəxəssis Moldava yığmasına rəhbərlik edəcək.

İtaliyalı baş məşqçi bu postda türkiyəli Engin Fıratı əvəzləyib. Onunla DÇ-2022-nin seçmə mərhələsinin sonunadək - 2021-ci il noyabrın 15-dək müqavilə bağlanılıb.

Qeyd edək ki, Roberto Bordin 2018-ci ilin iyulundan 2020-ci ilin yanvarınadək "Neftçi"nin baş məşqçisi olub. Azərbaycan komandasına gələnədək isə o, Moldova "Şerif"inin sükanı arxasında çalışıb.

Son xəbərlər

Orphus sistemi