“Neftçi”nin prezidenti UEFA nümayəndələri üçün seminarda iştirak edəcək

“Neftçi”nin prezidenti UEFA nümayəndələri üçün seminarda iştirak edəcək Tədbirdə Azərbaycanı Sərxan Musayev və Könül Mehtiyeva da təmsil edəcəklər
Futbol
12 Dekabr , 2017 15:54
“Neftçi”nin prezidenti UEFA nümayəndələri üçün seminarda iştirak edəcək

Bakı. 12 dekabr. REPORT.AZ/ “Neftçi” futbol klubunun prezidenti Orxan Hüseynzadə İsrailin paytaxtı Təl-Əvivdə ali kateqoriyalı UEFA nümayəndələri üçün seminarda iştirak edəcək.

“Report” paytaxt klubunun rəsmi saytına istinadən xəbər verir ki, 29 - 30 yanvar 2018-ci ildə keçiriləcək tədbirdə Azərbaycanı O.Hüseynzadə ilə yanaşı, AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev və milli assosiasiyanın Beynəlxalq Ələqələr Departamentinin müdiri Könül Mehtiyeva təmsil edəcəklər.

Qeyd edək ki, Orxan Hüseynzadə 2010-cu ildən 44 beynəlxalq oyuna UEFA nümayəndəsi kimi təyinat alıb.

Son xəbərlər

Orphus sistemi