Bakı. 20 avqust. REPORT.AZ/ Azərbaycan Premyer Liqasının III turunda "Bakcell Arena"da keçirilməli olan "Neftçi" - "Sumqayıt" matçının yeri dəyişdirilib. "Report"un Peşəkar Futbol Liqasının saytına istinadən verdiyi məlumata görə, görüş İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda baş tutacaq.
AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan-Xorvatiya oyunu ilə əlaqədar olaraq "Bakcell Arena" təmirə bağlanacaq. Bu səbəbdən "Neftçi" PFL-ə müraciət edərək oyunun keçirilmə yerinin dəyişdirilməsini istəyib. Bunları nəzərə alan futbol qurumu "Neftçi" və "Sumqayıt" komandaları arasında keçiriləcək matçın məkanını və vaxtını dəyişib.
Oyun 23 avqust saat 18:30-da başlanacaq.