"Neftçi"nin Müşahidə Şurasının növbəti iclasının vaxtı bəlli olub

"Neftçi"nin Müşahidə Şurasının növbəti iclasının vaxtı bəlli olub "Neftçi" Futbol Klubunun Müşahidə Şurasının (MŞ) növbəti iclasının vaxtı bəlli olub.
Futbol
25 May , 2022 20:17
Neftçinin Müşahidə Şurasının növbəti iclasının vaxtı bəlli olub

"Neftçi" Futbol Klubunun Müşahidə Şurasının (MŞ) növbəti iclasının vaxtı bəlli olub.

Paytaxt təmsilçisinin Media, marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəisi Rüstəm Allahverdiyevin "Report"a verdiyi məlumata görə, yığıncaq iyunun 2-nə nəzərdə tutulub.

Lakin klub rəsmisi tarixlə bağlı dəyişikliyin ola biləcəyini də istisna etməyib: "İclasın vaxtı tam dəqiqləşməyib. Bu, yığıncaq iştirakçıları ilə bağlıdır".

İclasda "Neftçi"nin hazırkı baş məşqçisi Samir Abasovun klubdakı taleyinə aydınlıq gələcək. Yığıncaqda, həmçinin, komandanın nəticələri və yeni mövsümlə bağlı planlar müzakirə olunacaq.

Son xəbərlər

Orphus sistemi