"Neftçi"nin müdafiəçisi: "Komandanı tək buraxdığıma görə çox üzgünəm"

"Neftçi"nin müdafiəçisi: "Komandanı tək buraxdığıma görə çox üzgünəm" Yunanıstanda "Olimpiakos"la UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda qırmızı vərəqə alan "Neftçi"nin futbolçusu Mert Çelik sosial şəbəkədə paylaşım edib.
Futbol
22 İyul , 2021 11:40
Neftçinin müdafiəçisi: Komandanı tək buraxdığıma görə çox üzgünəm

Yunanıstanda "Olimpiakos"la UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda qırmızı vərəqə alan "Neftçi"nin futbolçusu Mert Çelik sosial şəbəkədə paylaşım edib.

"Report"un məlumatına görə, 21 yaşlı müdafiəçi şəxsi instaqram hesabı vasitəsi ilə meydandan qovulduğu üçün məyus olduğunu bildirib.

"Cavab qarşılaşmasında komandamı tək buraxdığıma görə çox üzgünəm. Ümid edirəm ki, Bakıda daha yaxşı nəticə əldə edəcəyik", - deyə oyunçu yazıb.

Qeyd edək ki, görüşün 63-cü dəqiqədə Mert Çelik rəqib futbolçu Oleq Ryabçukun sifətinə təpiklə zərbə endirdiyi üçün birbaşa qırmızı vərəqə ilə cəzalandırılıb.

Qarşılaşma "Neftçi"nin minimal hesablı məğlubiyyəti ilə başa çatıb - 0:1.

Son xəbərlər

Orphus sistemi