"Neftçi"nin mətbuat xidmətinin rəhbəri vəzifəsinə yeni təyinat olub

"Neftçi"nin mətbuat xidmətinin rəhbəri vəzifəsinə yeni təyinat olub Rüstəm Əfsərlini Anar Şabanoğlu əvəzləyib
Futbol
29 Sentyabr , 2017 13:31
Neftçinin mətbuat xidmətinin rəhbəri vəzifəsinə yeni təyinat olub

Bakı. 29 sentyabr. REPORT.AZ/ "Neftçi” futbol klubunun mətbuat xidmətinin rəhbəri vəzifəsinə təyinat olub. 

"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, oktyabrın 1-dən etibarən klubun mətbuat xidmətinə Anar Şabanoğlu rəhbərlik edəcək. O, yeni vəzifədə Rüstəm Əfsərlini əvəzləyib. 

Qeyd edək ki, 18 ildir jurnalist kimi fəaliyyət göstərən Anar Şabanoğlu "Futbol+”, "İdman”, "525-ci qəzet”də, həmçinin "CBC Sport” telekanalında çalışıb.

Son xəbərlər

Orphus sistemi