"Neftçi"nin məşqçisi: "Vəziyyət yaxşı deyil, amma heç nə itirilməyib"

"Neftçi"nin məşqçisi: "Vəziyyət yaxşı deyil, amma heç nə itirilməyib" "Nəsə danışmaq çətindir. Ardıcıl məğlubiyyətlərdən sonra qələbə qazanıb hər şeyi qaydasına salmaq istəyirdik. Alınmadı. Çətin dönəm keçiririk. İnanıram ki, gələcəkdə hər şey yaxşı olacaq".
Futbol
447
20 Noyabr , 2021 20:40
Neftçinin məşqçisi: Vəziyyət yaxşı deyil, amma heç nə itirilməyib

"Nəsə danışmaq çətindir. Ardıcıl məğlubiyyətlərdən sonra qələbə qazanıb hər şeyi qaydasına salmaq istəyirdik. Alınmadı. Çətin dönəm keçiririk. İnanıram ki, gələcəkdə hər şey yaxşı olacaq".

"Report"un məlumatına görə, bunu "Neftçi"nin məşqçisi Mübarizə Orucov evdə "Sabah"a 1:2 hesabı ilə uduzduqları Premyer Liqanın XI tur matçından sonra mətbuat konfransında deyib.

Mütəxəssis problemlərin səbəbini bildiklərini və bunun üzərində işlədiklərini bildirib: "Hər hissədə fərqli oyun izlədik. Rəqib bizdən üstün oynadı. Səhvlərimizin üzərində işləyəcəyik. Qarşıda oyunlar var. Heç nə itirilməyib. Düzdür, vəziyyət yaxşı deyil. Biz də bunun fərqindəyik. Komandanı əvvəlki formasına qaytaracağıq".

Onun sözlərinə görə, belə oyunlardan sonra paltardəyişmə otağında gərginlik olmasa da, məyusluq olur: "Üzərimizdə hər hansı təzyiq yoxdur. Bədbinliyi üstümüzdən atmaq lazımdır".

Orucov final fitindən sonra azarkeşlərlə Mirabdulla Abbasovun arasındakı insidentə də aydınlıq gətirib: "Neftçi" azarkeşi daim qələbə istəyir. Bu, normal haldır. Düzdür, etikadan kənara çıxmaq olmaz. Bunlar emosionallıqdan doğan hadisələrdir. Mirabdulla Abbasov da hisslərini cilovlaya bilmədi. Fanatlardan kimsə ona qarşı təhqiramiz ifadələr işlətmişdi".

Son xəbərlər

Orphus sistemi