"Neftçi"nin məşqçisi: "Qarabağ"ın hegemonluğunun davam etməsini istəmirik"

"Neftçi"nin məşqçisi: "Qarabağ"ın hegemonluğunun davam etməsini istəmirik" "Bu ilin təsadüfi olmadığını göstərmək niyyətindəyik"
Futbol
5 İyun , 2021 09:06
Neftçinin məşqçisi: Qarabağın hegemonluğunun davam etməsini istəmirik
Eduardo Karo

"Son illərdə avrokuboklarda çıxış etmək "Qarabağ" klubuna daha böyük iqtisadi güc bəxş edib. Lakin bilirdik ki, çempion olmaq öz əlimizdədir. İtirəcəyimiz heç nə yox idi, son oyunda qələbə qazanmaq üçün əlimizdən gələni etdik".

"Report"un məlumatına görə, bu fikirləri AS nəşrinə açıqlamasında "Neftçi"nin fiziki hazırlıq üzrə məşqçisi Eduardo Karo deyib.

Azərbaycan Premyer Liqasının qalibi olan 29 yaşlı mütəxəssis bildirib ki, hədəfləri növbəti mövsümdə də çempion olmaqdır: "Bu ilin təsadüfi olmadığını göstərmək niyyətindəyik. "Qarabağ"ın hegemonluğunun davam etməsini istəmirik".

İspaniyalı məşqçi son turda Ağdam təmsilçisini 1:0 hesabı ilə məğlub etdikləri oyundan sonra 4 saat "Dalğa Arena"da qələbəni qeyd etdiklərini söyləyib: "Maşınımı götürüb evə gedəcəyimi düşünürdüm. Amma Ermənistanla müharibədə şəhid olan əsgərləri yad etmək üçün Şəhidlər xiyabana getdik. Bir az qəribə hisslər idi".

Karonun sözlərinə görə, Azərbaycanı avrokubokda təmsil edən klubu ölkənin bütün insanları dəstəkləyir. O, "Neftçi"də çıxış etmiş yaponiyalı tanınmış futbolçu Keysuke Honda haqqında da danışıb: "O, peşəkardır. Buradakı çıxışına görə Hondanı tənqid edə bilmərik".

Son xəbərlər

Orphus sistemi