"Neftçi"nin məşqçisi "Milli Ordu-100” medalı ilə təltif olunub

"Neftçi"nin məşqçisi "Milli Ordu-100” medalı ilə təltif olunub Neftçi Futbol Akademiyasının U-10 komandasının baş məşqçisi, əməkdar məşqçi İslam Kərimov Qarabağ müharibə veteranı və Milli Ordu-100” medalları ilə təltif olunub.
Futbol
24 Avqust , 2019 12:48
Neftçinin məşqçisi Milli Ordu-100” medalı ilə təltif olunub

"Neftçi" Futbol Akademiyasının U-10 komandasının baş məşqçisi, əməkdar məşqçi İslam Kərimov "Qarabağ müharibə veteranı" və "Milli Ordu-100” medalları ilə təltif olunub. 

"Report" paytaxt klubunun rəsmi saytına istinadən xəbər verir ki, medallar təcrübəli mütəxəssisə Azərbaycan Müharibə Veteranları Cəmiyyətində təqdim edilib.

Qeyd edək ki, 27 ildir "Neftçi"də çalışan İslam Kərimov 1992-ci ildə könüllü olaraq 845 saylı, Milli Qəhrəman Allahverdi Bağırovun batalyonuna yollanıb. Ağdam döyüşlərində, Naxçıvanik kəndinin və Xocalı əsirlərinin azad olunmasında iştirak edib.

Son xəbərlər

Orphus sistemi