"Neftçi"nin məşqçisi Füzuli Məmmədovun səhhətində problem yaranıb - FOTO

"Neftçi"nin məşqçisi Füzuli Məmmədovun səhhətində problem yaranıb - FOTO Bakı. 10 noyabr. REPORT.AZ/ Neftçinin məşqçisi Füzuli Məmmədovun səhhətində problem yaranıb.
Futbol
10 Noyabr , 2018 20:36
Neftçinin məşqçisi Füzuli Məmmədovun səhhətində problem yaranıb - FOTO

Bakı. 10 noyabr. REPORT.AZ/ "Neftçi"nin məşqçisi Füzuli Məmmədovun səhhətində problem yaranıb.

"Report" xəbər verir ki, 41 yaşlı mütəxəssis Azərbaycan Premyer Liqasının XI turunda evdə "Zirə" ilə keçirilən matçda komandasının 36-cı dəqiqədə vurduğu qoldan sonra yerə yıxılıb. 

Həkimlər ona müdaxilə edib və F. Məmmədov ayağa qalxıb. Hadisədən sonra "Neftçi"nin prezidenti Kamran Quliyev dərhal özünü ehtiyat oyunçular skamyasına çatdırıb.

Füzuli Məmmədovun yıxılma səbəbi hələ ki, məlum deyil.

Qeyd edək ki, qarşılaşmada ilk hissə oynanılır və "Neftçi" 1:0 hesabı ilə öndədir. 

Son xəbərlər

Orphus sistemi