"Neftçi"nin legioneri: "Yaxşı dönəmdə deyilik"

"Neftçi"nin legioneri: "Yaxşı dönəmdə deyilik" "Turnir cədvəlində istədiyimiz yerdə olmasaq da, yenidən liderliyə yüksəlmək niyyətindəyik"
Futbol
23 Noyabr , 2021 09:59
Neftçinin legioneri: Yaxşı dönəmdə deyilik

"Buraya böyük nikbinliklə gəlmişəm. Komandada işlərimin daha yaxşı olmasını istəyirəm".

"Report"un məlumatına görə, bu fikirləri "Neftçi"nin braziliyalı futbolçusu Roman Maçado ölkəsinin "Lance" nəşrinə açıqlamasında deyib.

30 yaşlı forvard paytaxt təmsilçisində xoşbəxt olduğunu bildirib: "Çempion komandaya gəldiyimin fərqindəyəm. Hələlik yaxşı dönəmdə deyilik. Lakin qollar vurduğum üçün xoşbəxtəm. Turnir cədvəlində istədiyimiz yerdə olmasaq da, yenidən liderliyə yüksəlmək niyyətindəyik. Komandanın irəliləməsi və çempionluq uğrunda mübarizə aparması üçün daha çox qol vurmaq istəyirəm".

Qeyd edək ki, "Neftçi" sentyabrın 1-də Roman Maçado ilə mövsümün sonadək müqavilə imzalayıb. O, indiyədək "ağ-qaralar"da 3 qola imza atıb.

Son xəbərlər

Orphus sistemi