"Neftçi"nin legioneri "Sabah"la oyunu buraxacaq

"Neftçi"nin legioneri "Sabah"la oyunu buraxacaq Yarımmüdafiəçi zədə səbəbindən oynamayacaq
Futbol
3 Mart , 2021 14:26
Neftçinin legioneri Sabahla oyunu buraxacaq
Bruno Teluşi

"Neftçi"nin futbolçusu Bruno Teluşi "Sabah"a qarşı keçirəcəkləri Premyer Liqanın XVIII tur maçtını buraxmalı olacaq.

"Report"un məlumatına görə, bu barədə paytaxt təmsilçisinin həkimi Şaiq Zöhrablı klubun rəsmi televiziyasına açıqlamasında deyib.

O bildirib ki, 31 yaşlı albaniyalı yarımmüdafiəçi zədə səbəbindən oynamayacaq: "Teluşi axill vətərindəki zədə ilə bağlı müalicə alır".

Zöhrablı futbolçularda koronavirus aşkarlanmadığını da sözlərinə əlavə edib.

Qeyd edək ki, bu gün "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Sabah" matçı saat 18:15-də başlayacaq.

Son xəbərlər

Orphus sistemi