"Neftçi"nin legioneri Premyer Liqanın tarixinə düşüb

"Neftçi"nin legioneri Premyer Liqanın tarixinə düşüb Sezar Meza Kolli “Neftçi”nin heyətində Premyer Liqada ilk qolunu vurub.
Futbol
216
20 Sentyabr , 2021 14:00
Neftçinin legioneri Premyer Liqanın tarixinə düşüb
Sezar Meza Kolli

Sezar Meza Kolli “Neftçi”nin heyətində Premyer Liqada ilk qolunu vurub.

"Report" PFL-in rəsmi saytına istinadən xəbər verir ki, paraqvaylı futbolçu IV turun “Keşlə” ilə görüşündə (3:0) fərqlənib. O, çempionatda 3-cü klubda qol sevinci yaşayıb. Meza Kolli bunadək “Keşlə” və “Zirə”də də rəqib qapısına yol tapıb.

O, Premyer Liqa tarixində 3 və ya daha çox klubda qol vuran 10-cu cənubi amerikalı olub. Bu göstəricidə rekord Leonardo Roşaya məxsusdur. Braziliyalı 4 klubda – “Standard”, “Keşlə”, “Bakı” və “Qarabağ”da qol vurub.

Braziliyalılar Denis Silva, Junivan Suares, Junior Osvaldo, Junior Nildo, Mario Souza, onların Azərbaycan millisində oynamış həmyerliləri Fabio Luis Ramim, Leandro Qomeş, həmçinin uruqvaylı Anxel Qutyerres də Sezar kimi üç müxtəlif klubun heyətində qol sevinci yaşayıb.

Son xəbərlər

Orphus sistemi