"Hər iki komanda yaxşı oyun sərgilədi və sonadək vuruşdu. Bu nəticə bizim üçün qənaətbəxş hesab oluna bilər. Çünki biz səfərdə oynayırdıq. 1 xal "Neftçi" üçün kifayət qədər yaxşı nəticədir".
"Report"un məlumatına görə, bunları "Neftçi"nin futbolçusu Donald Gerye səfərdə keçmiş komandası "Qarabağ"la 0:0 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XVI tur matçından sonra deyib.
Haitili cinah oyunçusu jurnalistlərin digər suallarını da cavablandırıb:
- Turdan-tura çempionluq şanslarınız azalır. Deyəsən, "Neftçi" yenə gümüş medalla barışıb.
- Hədəfimiz var: Çempion olmaq istəyir, ikinci yerlə barışmırıq. Bu gün bütün komanda var gücünü, ürəyini meydanda qoydu. Futbolda hər şey mümkündür. Düzdür, bəlkə qarşıda o qədər də çox oyun yoxdur. Amma yenə də nəzəri şanslarımız var. Bu gün komandamızın yaxşı oyununun şahidi oldunuz.
- Oyundan sonra klub prezidenti Kamran Quliyev sizi qucaqladı və nə isə dedi. Onunla nədən danışdınız?
- O, çox yaxşı oynadığımızı dedi və "Neftçi"də daimi qalacağımı bildirdi.
- Roberto Bordinin gedişindən sonra komandanızda nə dəyişib?
- İlk növbədə, məşqlərimiz dəyişib. Daha çox topla, futbol oynayırıq. Bu, bizim formada qalmağımıza yardımçı olur, komanda isə özünü daha yaxşı hiss edir. Meydanda daha sürətli, daha hərəkətliyik. Məşqlərdə taktikaya da daha çox önəm veririk. Bunu oyunlar zamanı da görürsünüz. Gələcəkdə daha yaxşı olacağıq.
- İkinci yerlə barışmayacağınızı dediniz. Bu hədəfə çatmaq Füzuli Məmmədovla mümkündürmü?
- Bəli, şübhəsiz! O, bizə bu iki oyunda çox şey verdi. Xüsusən, taktiki baxımdan öz təcrübəsindən istifadə edir. Məmmədov taktikaya daha çox önəm verən mütəxəssislərdən biridir. Bu da özünü oyunumuzda büruzə verir.
- "Neftçi"də "Qarabağ"ı sizdən yaxşı tanıyan futbolçu ola bilməz. Riçard Almeydanın gedişində sonra "Qarabağ"ın əvvəlki komanda olmadığına dair fikirlər dolaşır.
- Başqa komanda barədə danışmaq istəməzdim. Amma bu, keçmiş komandam "Qarabağ"dır. Təbii ki, Almeyda "Qarabağ" üçün ən önəmli futbolçulardan biri idi. Onun gedişindən sonra, təbii ki, komandada nə isə dəyişib. Lakin mən 100 faiz əminliklə deyə bilərəm ki, orada həm də