"Neftçi"nin legioneri: "Cavab görüşündə də qələbə qazanmağa çalışacağıq"

"Neftçi"nin legioneri: "Cavab görüşündə də qələbə qazanmağa çalışacağıq" "Oyunun sonu yaxşı bitmədi. Növbəti matça hazırlaşmaq üçün 1 həftə vaxtımız var. Cavab görüşündə də qələbə qazanmağa çalışacağıq".
Futbol
4 Avqust , 2022 23:06
Neftçinin legioneri: Cavab görüşündə də qələbə qazanmağa çalışacağıq

"Oyunun sonu yaxşı bitmədi. Növbəti matça hazırlaşmaq üçün 1 həftə vaxtımız var. Cavab görüşündə də qələbə qazanmağa çalışacağıq".

"Report"un məlumatına görə, bunu "Neftçi"nin futbolçusu Ataa Caber Bakıda Avstriyanın "Rapid" (Vyana) komandasına 2:1 hesabı ilə qalib gəldikləri UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunundan sonra "CBC Sport"a açıqlamasında deyib.

Matçdakı ilk qolun müəllifi olan israilli yarımmüdafiəçi öz oyununda inkişaf gördüyünü bildirib: "Bu, komanda yoldaşlarımın sayəsində mümkün olur".

28 yaşlı oyunçu sonda azarkeşlərə təşəkkür edib: "Bu gün mükəmməl idilər. Bizə çox dəstək oldular. İnanıram ki, növbəti görüşlərdə də bizi dəstəkləyəcəklər. Biz də onlara layiq oyun göstərməyə çalışacağıq".

Qeyd edək ki, komandalar arasında cavab görüşü avqustun 11-də Vyanada keçiriləcək. Bu cütün qalibi pley-off mərhələsində "Konyaspor" (Türkiyə) - "Vaduts" (Lixtenşteyn) cütünün güclüsü ilə qarşılaşacaq.

Son xəbərlər

Orphus sistemi