"Neftçi”nin köməkçi məşqçi vəzifəsinə təyinat olub

"Neftçi”nin köməkçi məşqçi vəzifəsinə təyinat olub Neftçi” futbol komandasının məşqçilər korpusuna yeni təyinat olub.
Futbol
9 İyul , 2020 21:54
Neftçi”nin köməkçi məşqçi vəzifəsinə təyinat olub

"Neftçi” futbol komandasının məşqçilər korpusuna yeni təyinat olub.

"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Vadar Nuriyev əsas komandada köməkçi məşqçi vəzifəsini yerinə yetirəcək. 47 yaşlı mütəxəssislə 1 il müddətinə müqavilə bağlanıb.

Qeyd edək ki, 1998 - 2001-ci illərdə "Neftçi”nin heyətində 46 oyun keçirmiş Vadar Nuriyev 1999-cu ildə Azərbaycan Kubokunun qalibi olub. 2018-ci ildə əvəzedici komandamızın baş məşqçisi olmuş Nuriyev "İnter”in əvəzedici və U-19 komandalarında, eləcə də "Olimpik-Şüvəlan”ın əvəzedicilərində baş məşqçi, 19 yaşlılardan ibarət Azərbaycan millisində, AZAL, MOİK və "Keşlə” klublarında isə baş məşqçinin köməkçisi vəzifəsində çalışıb.

Son xəbərlər

Orphus sistemi