"Neftçi"nin keçmiş futbolçusu avtomobil qəzasında dünyasını dəyişib

"Neftçi"nin keçmiş futbolçusu avtomobil qəzasında dünyasını dəyişib Hadisə bu gecə baş verib
Futbol
12 İyun , 2017 16:00
Neftçinin keçmiş futbolçusu avtomobil qəzasında dünyasını dəyişib

Bakı. 12 iyun. REPORT.AZ/ "Neftçi" klubunun sabiq futbolçusu Yonas Pessalli avtomobil qəzasında dünyasını dəyişib. 

"Report"un məlumatına görə, hadisə bu gecə Braziliyanın Kuritiba şəhərində baş verib. Həmin vaxt mərhum ad günündən qayıdırmış. 26 yaşlı yarımmüdafiəçinin idarə etdiyi "Audi" markalı avtomobil yol kənarındakı dirəyə çırpılıb. Pessalli hadisə yerində dünyasını dəyişib. Xilasedicilər onun meyitini maşından çıxarmaq üçün 3 saatadək vaxt sərf ediblər. Onun yanındakı sərnişin isə xəsarət alıb. 

Qeyd edək ki, Yonas Pessalli "Neftçi"də 2016-cı il oktyabrın 15-dən dekabrın sonlarınadək forma geyinib. Onun son komandası Braziliya A Seriyasında çıxış edən "Parana" olub. 

Son xəbərlər

Orphus sistemi