"Neftçi"nin kapitanı yubiley qoluna imza atıb
Futbol
- 17 oktyabr, 2022
- 07:15
Azərbaycan Premyer Liqasının X turunun “Kəpəz”lə oyunu “Neftçi”nin futbolçusu Emin Mahmudov üçün əlamətdar olub.
"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 2:0 hesablı qələbə qazanan bakılıların kapitanı səfər matçında hesabı açmaqla ikiqat yubileyi rəsmiləşdirib.
Yarımmüdafiəçi “Neftçi”nin heyətində Premyer Liqada 25-ci qolunu vurub. O, 127-ci matçında buna nail olub.
Bu top Mahmudovun “Neftçi”də ümumilikdə 35-ci qolu olub. O, ölkə kubokunda 2, avrokuboklarda 8 dəfə fərqlənib. Mahmudov 160-cı görüşündə 35-ci dəfə rəqib qapısına yol tapıb.
Qeyd edək ki, yarımmüdafiəçi ilk qolunu 2017-ci il noyabrın 19-da “Qəbələ” ilə evdəki çempionat oyununda (2:3) vurub.
Son xəbərlər
00:35
Tramp ABŞ-nin İranın enerji obyektlərinə 10 gün zərbə endirməyəcəyini bəyan edib
Digər ölkələr00:23
Ermənistanla Fransa arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq müzakirə edilib
Region00:08
Rubio İranla danışıqlarda irəliləyiş olduğunu bildirib
Digər ölkələr00:01
Livanda iki İsrail əsgəri həlak olub
Digər ölkələr23:48
Foto
Rusiyanın İrana göndərdiyi humanitar yardım "Astara" stansiyasına çatıb
İnfrastruktur23:37
Yaxın Şərqdəki böhran səbəbindən Meksikada yanacaq qiymətləri artıb
Digər ölkələr23:23
Qrossi Buşehr AES-yə endirilən zərbələrlə bağlı narahatlığını ifadə edib
Digər ölkələr23:03
DÇ-2026: Rumıniyanı məğlub edən Türkiyə millisi pley-off finalına vəsiqə qazanıb
Futbol22:55