Emin Mahmudov: "Vətənə xidmət etməyə hazıram"

Emin Mahmudov: "Vətənə xidmət etməyə hazıram" "Rayonlarımızın azad edilməsini 30 ildir gözləyirik. Bəzi ərazilərimizin azad olunduğunu eşidib çox sevindik".
Futbol
2562
29 Sentyabr , 2020 15:21
Emin Mahmudov: Vətənə xidmət etməyə hazıram

"Rayonlarımızın azad edilməsini 30 ildir gözləyirik. Bəzi ərazilərimizin azad olunduğunu eşidib çox sevindik".

Bu fikirləri "Report"a açıqlamasında "Neftçi"nin kapitanı Emin Mahmudov cəbhə xəttində baş verən hadisələrə münasibət bildirərkən deyib.

28 yaşlı yarımmüdafiəçi bildirib ki, işğal olunmuş rayonların hamısının geri qaytarılmasını arzulayır: "Buna görə dua edirik. Allah əsgərlərimizə kömək olsun! İnşallah, Qarabağ və 7 rayonumuz tezliklə azad edilsin"!

Təcrübəli oyunçu bu yolda Vətənə xidmət etməyə hazır olduğunu vurğulayıb: "Dualarımız əsgərlərimizlədir. Övladları şəhid olmuş ata-analar üçün də dua edirik. Allah şəhidlərimizə rəhmət etsin! Bütün qəlbimizlə əsgərlərimizin yanındayıq. Torpaqlarımız azad olunması xəbərini gözləyirik".

Son xəbərlər

Orphus sistemi