"Neftçi"nin kapitanı və legioneri cəzalı duruma düşdü

"Neftçi"nin kapitanı və legioneri cəzalı duruma düşdü Onlar XIX tur qarşılaşmasında qeyri-idman hərəkətləri səbəbindən sarı vərəqə alıblar
Futbol
9 Mart , 2021 09:51
Neftçinin kapitanı və legioneri cəzalı duruma düşdü

"Neftçi" klubunun iki aparıcı futbolçusu Azərbaycan Premyer Liqasının XX tur matçında meydana çıxa bilməyəcək.

"Report"un məlumatına görə, seneqallı legioner Mamadu Mboc və kapitan Emin Mahmudov "Səbail"ə qarşı forma geyinməyəcək.

Onlar flaqmanın "Keşlə" üzərində 3:1 hesablı qələbə qazandığı XIX tur qarşılaşmasında qeyri-idman hərəkətləri səbəbindən sarı vərəqə alıblar. Bu xəbərdarlıq mövsümdə dördüncü dəfə edildiyindən, təcrübəli müdafiəçi və yarımmüdafiəçi növbəti tur üçün cəzalı duruma düşüb.

"Keşlə" ilə görüşdə Bruno Teluşi və Əhməd Əhmədov zədə səbəbindən oynamayıb.

Qeyd edək ki, martın 14-də "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Səbail" matçı saat 17:15-də başlayacaq.

Son xəbərlər

Orphus sistemi