"Neftçi"nin kapitanı Kipr klubuna keçməkdən imtina etdi

"Neftçi"nin kapitanı Kipr klubuna keçməkdən imtina etdi "Neftçi"nin kapitanı Emin Mahmudovun Kiprin "Apollon" klubuna transferi baş tutmayıb.
Futbol
29 Dekabr , 2020 17:07
Neftçinin kapitanı Kipr klubuna keçməkdən imtina etdi
Emin Mahmudov

"Neftçi"nin kapitanı Emin Mahmudovun Kiprin "Apollon" klubuna transferi baş tutmayıb.

"Report"un məlumatına görə, bu barədə futbol agenti Aleksandr Manyakov özünün teleqram kanalında yazıb.

O, 28 yaşlı yarımmüdafiəçinin təklifi qəbul etmədiyini bildirib: "Çoxları Emin Mahmudovu Moskva "Spartak"ı və digər rus klublarındakı çıxışlarından xatırlayır. İndi "Neftçi" nin kapitanıdır. Eminin müqaviləsi bitirdi, "Apollon"un nümayəndələri mənimlə əlaqə yaratdılar. Komanda Avropa Liqasında oynadı, həqiqətən Mahmudovu heyətdə görmək istəyirdilər. Yaxşı şərtlər irəli sürdülər. Danışıqlar apardıq, oyunçu hər şeyi bəyəndi. Ambisiyaları olan Avropa klubu həmişə maraqlıdır".

Manyakov təcrübəli oyunçunun qərarının səbəbini də açıqlayıb: "Mahmudov sonda mənəvi və etik səbəblərdən keçidi rədd etdi. Kapitan olduğu və bir neçə il keçirdiyi komandaya xəyanət edə bilməyəcəyini anladı. Eləcə də, Bakını tərk edərək Kiprə getməyin yanlış olacağını düşündü".

Son xəbərlər

Orphus sistemi