"Neftçi"nin kapitanı: "Avroliqa şanslarımızı daha da yaxşılaşdırmaq niyyətindəyik"

"Neftçi"nin kapitanı: "Avroliqa şanslarımızı daha da yaxşılaşdırmaq niyyətindəyik" Bakı. 3 may. REPORT.AZ/ Bu oyunu səbirsizliklə gözləyirik. Baxmayaraq ki, rəqib artıq çempionluğunu rəsmiləşdirib. Amma bizim bu komanda ilə oyunlarımız hər zaman prinsipial olub.
Futbol
3 May , 2018 17:02
Neftçinin kapitanı: Avroliqa şanslarımızı daha da yaxşılaşdırmaq niyyətindəyik

Bakı. 3 may. REPORT.AZ/ "Bu oyunu səbirsizliklə gözləyirik. Baxmayaraq ki, rəqib artıq çempionluğunu rəsmiləşdirib. Amma bizim bu komanda ilə oyunlarımız hər zaman prinsipial olub".

"Report"un məlumatına görə, bunu "Neftçi" klubunun kapitanı Ruslan Abışov klub televiziyasına açıqlamasında söyləyib. 

31 yaşlı müdafiəçi Azərbaycan Premyer Liqasının XXVI turunda səfərdə "Qarabağ"la keçirəcəkləri oyun barədə də danışıb: "Bu görüşə yaxşı hazırlaşıb qələbə qazanmaq istəyirik. Avropa Liqasına vəsiqə şansını daha da yaxşılaşdırmaq niyyətindəyik. Əlimizdən gələn hər şeyi edəcəyik ki, "Neftçi" layiqli oyunla qələbəyə layiq olduğunu sübut etsin".

Qeyd edək ki, mayın 6-da "Azərsun Arena"da keçiriləcək "Qarabağ" - "Neftçi" matçı saat 19:00-da başlanacaq.

Son xəbərlər

Orphus sistemi