"Neftçi"nin kapitanı: "Artıq çempionata köklənməliyik"

"Neftçi"nin kapitanı: "Artıq çempionata köklənməliyik" "Bu dəfə sizləri sevindirə bilmədiyimizə görə çox üzgünük".
Futbol
27 Avqust , 2021 23:03
Neftçinin kapitanı: Artıq çempionata köklənməliyik

"Bu dəfə sizləri sevindirə bilmədiyimizə görə çox üzgünük".

"Report"un məlumatına görə, bunu "Neftçi"nin kapitanı Emin Mahmudov özünün feysbuk səhifəsində İsraildə Hayfa "Makkabi"sinə 0:4 hesabı ilə uduzduqları UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu barədə fikirlərini bölüşərkən yazıb.

29 yaşlı yarımmüdafiəçi artıq ölkə çempionatına köklənməli olduqlarını vurğulayıb: "Yenidən daha güclü, daha uğurlu olmaq üçün sizlərin dəstəyinə ehtiyacımız var. Birlikdə bacaracağıq"!

Qeyd edək ki, "Makkabi" klubuna uduzan "Neftçi" avrokuboklarda mübarizəni dayandırıb.

Son xəbərlər

Orphus sistemi