"Neftçi"nin kapitanı 6 ay müddətinə sıradan çıxıb

"Neftçi"nin kapitanı 6 ay müddətinə sıradan çıxıb Bakı. 20 iyul. REPORT.AZ/ Azərbaycan milli komandasının və Neftçi klubunun futbolçusu Ruslan Abışov 6 ay müddətinə sıradan çıxıb.
Futbol
20 İyul , 2018 16:39
Neftçinin kapitanı 6 ay müddətinə sıradan çıxıb
0 : 00
0 : 00

Bakı. 20 iyul. REPORT.AZ/ Azərbaycan milli komandasının və "Neftçi" klubunun futbolçusu Ruslan Abışov 6 ay müddətinə sıradan çıxıb.

"Report"un məlumatına görə, bu barədə 31 yaşlı müdafiəçinin qardaşı və meneceri Sərxan İbrahimoğlu bildirib. 

"Ağ-qaralar"ın kapitanı Macarıstanın paytaxtı Budapeştdə "Uypeşt"ə 0:4 hesabı ilə uduzduqları Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşünün 41-ci dəqiqəsində rəqiblə top uğrunda mübarizədə ayağından zədələnib. O, meydanı xərəkdə tərk etməli olub və yerini Tural Axundova verib. 

Qeyd edək ki, ilk oyunu 3:1 hesablı qələbə ilə başa vurmasına baxmayaraq, səfərdəki böyük hesablı məğlubiyyət üzündən "ağ-qaralar" Avroliqa ilə vidalaşıb. 

Son xəbərlər

Orphus sistemi